Maybach üçün 1 milyon dollarlıq yenilənmə - FOTO

21 Yanvar 2014 23:35
Almaniyanın Düsseldorf şəhərində yerləşən Night Luxury tüninq emalatxanası ciddi tamamlamadan sonra Maybach 57S təqdim edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, dəbdəbəli alman sedanı yeni bamperlər, karbon arxa diffuzor və diod gündüz hərəkət işıqları əldə edib. Karbon lifindən həmçinin kapotun, qapıların, yük yeri qapağının və bütün dayaqların istehsalında istifadə edilib. Bundan başqa, avtomobilin kapotaltı sahəsi də karbonla işlənib.

İndi bu sedan, həmçinin karbonla işlənmiş və Pirelli 285/30 R24 şinləri geydirilmiş 24 radiusda iri disklərlə də lovğalana bilər. Amerika tüneri sayəsində Maybach 57S sedanın 12-silindrli AMG tvin-turbo mühərrikin gücünü 612-dən 712 at gücünədək artıb.

Bu dəbdəbəli sedanın salonuna gəlincə, o karbon və məsaməli ağ tikiş və qırmızı aksentlər əlavə edilmiş iki rəng premium-klas dəri ilə işlənib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.