Çinlilər Peugeot-da yer aldılar

21 Yanvar 2014 21:37
PSA Peugeot Citroen qrupu direktorlar şurası səhmlərin bir hissəsinin Çin avtoistehsalçısı Dongfeng Motor və fransız hökumətinə satışına razı olub. Səhmlərin satışı firmaya toplam olaraq üç milyard avro gətirəcək. Bu haqda Les Echos nəşri bildirir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu gün PSA Peugeot Citroen artıq DongFeng-lə əməkdaşlıq münasibətlərinə malikdir. Şirkətlər Çin bazarı üçün qrupa daxil olan hər iki fransız markasının avtomobillərini birgə buraxırlar.

Sazişin imzalanması prosedurları bitdikdən sonra Dongfeng şirkəti və Fransa hökuməti PSA qrupunun 14 faiz səhminə sahib olacaq. Öz payları üçün çinlilər və fransızlar hərəsi təxminən 750 milyon avro ödəyəcək.

Milli.Az