İsveçrə bankları yenə təhlükədədir

21 Oktyabr 2010 14:13
Alıcılar isə həmin müştərilərin vətəndaşı olduğu ölkələrin dövlət qurumlarıdır.

Bankların əcnəbi müştəriləri yaşadıqları ölkələrdə pulları vergilərdən yayındırmaq məqsədilə İsveçrənin maliyyə-kredit təşkilatlarındakı hesablardan yararlanmaqda şübhəli bilinirlər.

"Handesbladtt" bildirir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Münster bölgəsinin maliyyə idarəsi İsveçrədəki "Julius Baer" bankının müştəriləri barədə məlumatların yer aldığı kompakt-disk üçün 1,4 milyon avro ödəyib. Həmin müştərilərin pullarını Almaniyanın vergilər idarəsindən gizlədərək "Julius Baer" bankındakı hesablarda saxladıqları vurğulanır.

Siyahıda neçə nəfərin adı olduğu açıqlanmayıb.

Yeni satış əvvəlki məlumat satışlarından fərqlənir. Belə ki, satıcı aldığbı pulları özündə saxlamayaraq xeyriyyə təşkilatlarından birinin hesabına keçirib.

Həmin təşkilatın əməkdaşları da bank hesablarında belə nəhəng məbləği görəndə xeyli təəccübləniblər.

Oktyabrın 1-dən etibarən İsveçrədə vergi araşdırmaları zamanı xarici dövlətlərə hüquqi yardımın göstərilməsi barədə yeni qaydalar qüvvəyə minib. Belə ki, İsveçrə Konfederasiyası ölkədəki bankların müştəriləri barədə oğurlanmış məlumatlarla bağlı istənilən sorğuları dərhal rədd edir.

/Ekspress/