6 litrlik viski "od qiyməti"nə satıldı

21 Yanvar 2014 17:15
Honkonqda keçirilmiş "Sotheby's" hərracında 6 litrlik "Macallan Imperiale M Decanter" viskisi rekord qniymətə satılıb.


Milli.Az Bloomberg-ə istinadən bildirir ki, içkini 4,9 milyon Honkonq dollarına (632 min dollar) satın alıblar.


Dünyada cəmi 4 şüşəsi olan bu viskini alanın adı açıqlanmır.
 

Satışdan əldə edilən məbləğ Honkonqdakı xeyriyyə təşkilatlarının hesablarına keçiriləcək.


1824-cü ildən bəri elitar viski istehsal edən "Macallan" şirkəti içkini heres çəlləklərində saxlayır.


Milli.Az