Şarapova üçün turnir bitdi

20 Yanvar 2014 18:53

Avstraliya qadınlararası açıq tennis çempionatında 3 nömrəli Mariya Şarapova, 20 nömrəli Dominika Cibulkovaya məğlub olaraq 4-cü turda yarışa vida etdi. Son 2 ilin çempionu Azarenka isə Sloane Stephensi keçərək dörddə bir finala çıxdı.


Milli.Az Ntv spor TV-ə istinadən xəbər verir ki, Avstraliya açıq turnirində Dominika Şarapovanı məğlub edən Cibulkova adını 1/4 finala yazdırıb. Matç Rod Laver Arenada 22 dərəcə hava temperaturunda oynanıb.
 

Şarapova ilə qarşılaşdığı 6 matçda 3 qalibiyyət əldə edən Cibulkova dörddə bir finalda Yelena Yankoviçi udan Simona Halep ilə qarşılaşacaq.

Milli.Az