Milli.Az 4charx.com-a istinadən bildirir ki, tüninqdən sonra "Defender"in interyerinə ağ dəri və taxta yerləşdirmələrlə üz çəkilib. Şirkətdə danışırlar ki, bu dünyada modelin ən dəbdəbəli variantı ola bilər.
Salonun arxa hissəsində elektrik nizamlayıcılı iki müstəqil kürsü, qatlama masalar, büllur qədəhlərlə soyuducu, parlaqlığı tənzim edilən atmosfer işıqlandırma, həmçinin Bluetooth, Wi-Fi və monitorları qabaq kürsülərin arxalarına bərkidilmiş Windows 8 ƏS ilə kompüterlər peyda olub. Bundan başqa, yolsuzluq avtomobili Bang & Olufsen audiosistemiylə təchiz ediblər.
Avtomobilin mühərriki dəyişməyib və əvvəlki kimi 122 a.g. (360 Nm) hasil edən 2,2-litrlik dizellə təchiz edilir.
Milli.Az