Afrikanın ulduzu söndü - FOTO

20 Yanvar 2014 10:07

Britaniyanın BBC World News telekanalında Afrika ilə bağlı xəbərlər proqramının məşhur aparıcısı, 41 yaşlı Komla Dumor vəfat edib. Onun cəsədi Londondakı evində tapılıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ən məşhur afrikalı jurnalist sayılan Komla Dumor "Afrikanın 100 ən nüfuzlu adamı" reytinqində yer almışdı və onu "Afrikanın ulduzu" adlandırırdılar.


Əslən Qanadan olan Komla Dumor vətənində radiojurnalist kimi çalışaraq "İlin jurnalisti" adını alandan sonra 2007-ci ildə BBC-də işləməyə başlamışdı.


1972-ci ildə Qananın paytaxtı Akkrada doğulmuş mərhum Komla Dumor barədə BBC Global News-un direktoru Piter Horroks deyib: "Bu xəbər bizi şoka saldı. Afrika jurnalistikasının ulduzu söndü. Komla Afrika barədə olduğu kimi danışırdı".


Milli.Az

 
Böyütmək üçün şəkillərə klikləyin.