Azərbaycanlı bəstəkar instrumental kompozisiyasını təqdim edib - VİDEO

18 Yanvar 2014 11:14
Bəstəkar Tural Bakuvi yeni instrumental "Qış Kompozisiyasını" təqdim edib
Bundan daha öncə "Payız", "Bahar" və "Şərq" adlı kompozisiyalar hazırlamış bəstəkar Milli.Az-a açıqlamasında bunları bildirdi:

Sözügedən Kompozisiyanın üzərində artıq 2 aya yaxın idi ki çalışırdıq. Bu kompozisiya eyni zaman istedadlı rejissorumuz Samir Qulamovun çəkdiyi "Canavar Qoxusu" bədii filminin soundtracklərindən biridir. Aranjmanı Ramal Rəsula aid əsərin tar ifası Şəhriyar İmanova, kamança ifası Rəcəb Rəcəbliyə, alt və skripka ifaları isə Çingiz Əliyevə aiddir.

Ümidvaram ki, "Qışım" da ən az "Payızım", "Baharım" və "Şərqim" qədər seviləvək.

Milli.Az