Brend malların yeni mağazası açılır

18 Yanvar 2014 20:56
eBay internet mağazası brend mallar üçün ayrıca The Plaza adlı sayt yaradacaq. Bu barədə "The Wall Street Journal" nəşri Macquarie şirkətinin analitiki Ben Şaxterə istinadən məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, saytın brend şirkətlərə köhnə və ucuz malların təsiri nəticəsində markanın zəifləməsinə ehtiyat etmədən eBay alıcıları ilə birbaşa əlaqə yaratmağa imkan verəcəyi bildirilir.

eBay internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. eBayda brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür.

Əvvəllər eBayda nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca brands.ebay.com bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.

Milli.Az