Cadillac kupeyə çevrildi - FOTO

18 Yanvar 2014 23:05
"Cadillac" şirkəti Detroytda ən kompakt "ATS" modelini yeni kupe banında təqdim etdi. Yenilik seçim etmək üçün iki güclü mühərrik, uğyunlaşdırılmış asma və tam ötürücü sistem alıb.

Milli.Az Auto.az-a istinadən bildirir ki, kupe üçün sedan ATS-də istifadə olunan ən güclü iki mühərrik hazırlanıb. Bu, 275 a.g. olan 2-litrlik turbo və 325 a.g. olan 3,6-litrlik V6 mühərrikləridir. Baza mühərrikini 6-pilləli 2 sürət qutularından biri ilə hərəkətə gətirmək olar - ya mexaniki, ya da avtomat, daha güclü güc aqreqatı üçün isə yalnız avtomat sürət qutusu nəzərdə tutulub.

Tam ötürücü sistem isə opsiya olub. Bundan əlavə, alıcılara opsional paket də təklif ediləcək ki, ona tənzimlənən "Magnetic Ride" asması, yüksək müqavimətli differensial və idman şinləri daxildir.

Sportkarın baza ləvazimatları qabaq oxda "Brembo" əyləc mexanizmindən və avtomobilin altında aerodinamikanı optimallaşdıran xüsusi panellərdən ibarətdir.

"Cadillac ATS Coupe"-nin banına gəldikdə isə demək olar ki, o sedanın banından ciddi surətdə fərqlənir. 2775 mm təkər bazası olan kupe orijinal qapılara, dama və tamamilə yenidən işlənmiş arxa hissəyə malikdir.

Maraqlıdır ki, "Cadillac ATS Coupe"-də markanın yeni loqotipi var və o təkmilləşdirilmiş radiator barmaqlığında yerləşdirilib. Yeniliyin interyerini çox güman ki, təbii ağacdan, dəridən, alüminiumdan və karbondan işləyəcəklər.

Mümkün ləvazimatlar siyahısına təkcə internetə çıxış və 8-düymlü ekranı olan CUE multimedia sistemi deyil, həm də yan dinamiklərdən işlək mühərrikin səsini çıxaran audiosistem də daxildir.

Belə güman edilir ki, bu səs fəal sürməni hiss etdirəcək. "Cadillac ATS Coupe"-nin satışa çıxarılması bu ilin yay aylarına planlaşdırılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.