Ev pişiyi sahibini ölümdən xilas etdi

17 Yanvar 2014 16:46
Murka adlı ev pişiyi sahibini ölümdən xilas edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Başqırdıstanda baş verib.

İşimbay rayonunun Malomaksyutovo kəndindəki evdə olan kustar üsulla hazırlanmış elektrik qızdırıcısında qığılcım yaranıb. Bundan sonra yanğın başlayıb.

Həmin vaxt ev sahibi yatırmış. Onun sözlərinə görə, pişik onu yuxudan oyadıb. Kişinin sinəsinə atılaraq pəncələri ilə onu vurmağa başlayıb. Ayılanda görüb ki, mebellər və döşəmə yanır.

Ev sahibi birinci alovu özü söndürmək istəyib. Sonradan bacarmadığını görərək pişiyi də götürərək evdən çıxıb. Ev yanğınsöndürənlərin və qonşuların köməyi ilə söndürülüb.

Milli.Az