Piyada "KamAz"ın təkərləri altda can verdi - FOTO

17 Yanvar 2014 09:33

Qobuda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Abşeron rayonunun Qobu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "KamAZ" markalı yük avtomobili divara çırpılıb və yol kənarında dayanan piyadanı vurub.

Xilasedicilər qəza nəticəsində avtomobilin təkərləri altında qalan vətəndaşın cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az