İnsanların da qəlsəmələri olacaq - FOTO

17 Yanvar 2014 13:47
Cənubi Koreyada alimlər sualtı üzmə üçün oksigen respiratoru hazırlayıblar. Balıq qəlsəmələri prinsipi ilə çalışan respirator su altında olan dayver üçün sudan oksigen alır.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Triton" respiratoru dalğıca su altında istədiyi qədər qalmağa imkan verir. Oksigen balonlarından istifadəni tələb etməyən "Triton" yetərincə erqonomikdir.
 

"Triton"da plastik "dodaqlıq" və maskanın yanlarında iki "qanad" var. "Qanadlar" balıq qəlsəmələri təki suyu alıb buraxır, bu zaman sudan oksigeni "çıxarır". "Qanad"ların daxilindəki kameralar oksigeni alandan sonra suyu barıxırar.
 

"Triton" sudan oksigeni su molekulundan kiçik dəliklərə malik süzgəc vasitəsilə əldə edir. Miniatür kompressor vasitəsilə "Triton" oksigeni sıxır və onu rezervuara vurur. Bu zaman kompressor mikrobatareyadan qidalanır.
 

"Triton"un müəllifi, koreyalı dizayner Jebyun Yuon indi ixtirasını patentləşdirməyə çalışır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.