Yük maşını ilə binanın qarşısına gələrək ora peyin tökən fermerin dediyinə görə, o, Fransa prezidenti Fransua Ollandla bağlı son qalmaqallara etiraz edir.
Yük maşınının üzərinə "Olland və başqa siyasətçilər - rədd olun! Yaşasın Altıncı Respublika!" yazılmışdı.
Milli.Az Le Figaro-ya istinadən bildirir ki, yük maşını Parisdəki Atçılıq Mərkəzinə məxsusdur.
Fransa prezidenti, 59 yaşlı Fransua Ollandın 41 yaşlı aktrisa Jüli Qaye ilə "eşq macərası" barədə təfərrüatlar bəlli olandan sonra dövlət başçısının reytinqi xeyli aşağı düşüb.
Ollandın qeyri-rəsmi nikahda olduğu xanımı Valeri Trevelye isə xəstəxanadadır. Onun ağır depressiyada olduğu bildirilir.
Le Monde-un məlumatına görə, Trevelye xəstəxanaya düşəndən bəri Olland ona baş çəkməyib. Daha doğrusu, Ollandın ətrafındakılarının dediklərinə görə, Fransa prezidenti arvadına baş çəkmək istəsə də, həkimlər buna icazə verməyiblər.
F.Olland 2007-ci ildən jurnalist Valeri Trevelye ilə vətəndaş nikahı ilə yaşayır.
Bu arada Closer jurnalı "Olland və qadınları" adlı foto dərc edib. 2012-ci ildə, Fransada keçirilmiş prezident seçkilərində çəkilmiş fotoda Fransua Olland, Valeri Trevelye, Seqolen Ruayal və Jüli Qaye var.
Fransa prezidentinin sabiq xanımı, onun 4 övladının anası, Sosialist Partiyanın sədri Seqolen Ruayal yaşanan olayları şərh etməkdən qətiyyətlə boyun qaçırıb.
Fransanın sabiq prezidenti Nikolya Sarkozi isə jurnalistlərlə söhbətində deyib: "Ollandın vəziyyətinə acıyıram. Çox gülünc duruma düşüb".
Paris Match-ın fikrincə, Fransua Ollandın durumu "eşqlə siyasətin davasıdır": "Bu insan hələ də özünü prezident kimi hiss etmir".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.