Milyarderin xanımı saunada öldü

16 Yanvar 2014 18:25

Moskvada AvtoVaz avtomobil konserinin vitse-prezidenti, milyarder Damir Kaşapovun arvadı saunada dünyasını dəyişib.


Olay Kaşapovun evində baş verib.


Milli.Az Lifenews-a istinadən bildirir ki, qadın saunaya girərək sobanı yandırandan sonra huşunu itirərək yerə yıxılıb.


Hadisə yerinə gəlmiş təcili yardım heyətinin rəyinə görə, qadının ölüm səbəbi kəskin ürəktutmadır.


Digər versiyaya görə, qadını elektrik xərəyanı vurub.


Milli.Az