Windows XP hələ ölməyib

16 Yanvar 2014 20:15

Malware Protection Center rəsmi bloqu yazıb ki, Microsoft korporasiyası Windows XP əməliyyat sisteminin təhlükəsizlik əleyhinə qorumasını 14 iyul 2015-ci ilədək artırıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 8 aprel 2014-cü ildə şirkət Windows XP platformasının dəstəklənməsini dayandıracaq, çünki bu, ƏS-I artıq istifadəçilərin və biznes seqmentinin aktual ehtiyaclarına cavab vermir.

Microsoft korporasiyası təşkilatların başqa platformalara keçidinə kömək etmək üçün 14 iyul 2015-ci ilədək Windows XP sistemi üçün təhlükəsizlik əleyhinə qorumanı yeniləyəcək.

Milli.Az