Rafiq Hüseynov: "Bircə dərdim varsa, o da..."

16 Yanvar 2014 14:40
"Əsas səsimdir, bircə dərdim varsa, o da səsimin geri qayıtmağıdır. Bircə əvvəlki səsim qayıtsın, daha heç nə istəmirəm. Mənim səsim mənim çörəkpulumdur. Allah eləsin ki, düzəlsin. Heç olmasa. kadrarxasında danışa biləm".

Milli.Az xəbər verir ki, bunu aznews.az-a xalq artisti, tanınmış diktor Rafiq Hüseynov deyib. Onun sözlərinə görə, həkimlər səsinin qayıtmasını bir-iki aya qədər çəkəcəyini bildiriblər:

"Təkcə əməliyyatla bitsəydi, nə vardı ki. Hələ qarşıda çox proseslər, uzun müalicə var. Kimyaterapiya da bir aydan sonra başlayacaq.

Qorxduğum da budur. Deyirlər terapiyadan sonra saç da tökülür. Keçəl olacağımı dərd etmirəm, əsas can sağlığıdır. Təki canım sağ, özüm də iş başında olum. Bunu yüz nemətə dəyişmərəm".

Xatırladaq ki, R.Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir və o, bununla əlaqədar Türkiyədə əməliyyat olunub.

Milli.Az