Dünyanın ən hündür binasını onlar tikdilər

16 Yanvar 2014 14:15
2013-cü ildə dünya üzrə tikilmiş ən hündür bina Dubayda inşa edilmiş "JW Marriott Marquis Hotel Dubai" mehmanxanasıdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Hündür Binalar və Şəhər Mühiti Şurasının məruzəsində deyilir.

Məlumata görə, mehmanxananın iki qülləsindən birinin hündürlüyü 355 metrdir. "JW Marriott Marquis Hotel Dubai" dünyada ən hündür mehmanxana binası kimi Ginnesin Rekordlar Kitabına daxil olub.

Siyahıda ikinci yeri Moskva-Siti kompleksindəki "Merkuriy Siti Tauer" binası tutur. Onun hündürlüyü 339 metrdir.

Milli.Az