Chrysler-dən yeni sedan - FOTO

16 Yanvar 2014 19:39
"Chrysler 200" sedanının yeni nəsli bir neçə gündən sonra - Detroytdakı sərgidə debüt etməlidir. Lakin növbəti sızma sayəsində təkcə onun xarici görünüşünü deyil, həmçinin Amerika istehsalçısının gələcək yeniliklərinin hipotetik görünüşünü təsəvvür etmək olar.

İş ondadır ki, şirkətin təmsilçiləri yeni "Chrysler 200"-ü xarici görünüşü yeni firma üslubu ilə hazırlanan ilk avtomobil kimi elan ediblər.

Milli.Az Auto.az-a istinadən bildirir ki, mövcud fotoşəkillərə əsasən, "Chrysler"-in model sırasını əsaslı dizayner "silkələməsi" gözləyir və ən xarakterik detal yeni radiator barmaqlığı olacaq.

Güc qurğusunun qamması haqqında da bəzi təfərrüatlar məlum oldu. Sedan üçün iki benzin mühərriki haazırlanıb, dörd və altı silindrli.

Onlardan birincisi 2,4 litr həcmdə 184 a.g. sürət verir. İkincisi isə, Pentastar ailəsinin 3,6 litrlik V6-sı 295 a.g. təchiz edir. Maraqlıdır ki, sedan yeni nəsildə ilk dəfə doqquzpilləli avtomatik sürət qutusu və tam ötürücü sistemi əldə edəcək.

Yeni sedanın satışları bu ilin ikinci yarisinda başlanmalıdır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.