Milli.Az 4charx.com-a istinadən bildirir ki, beş nəfər yaşlı sərnişinə hesablanmış yapon premial sedanı iki benzin mühərriki ilə təchiz ediləcək. Güc aqreqatlarının hasilat imkanları haqqında məlumatlar dəqiqləşdirilmir.
Acura TLX bir çox innovasiya sistemləri ilə təchiz ediləcək. Məsələn, sükanın elektron gücləndiricisinin, akseleratorun elektron pedalının, tam ötürmə sisteminin və transmissiyanın işini qurmağa imkan verən Integrated Dynamics System (IDS) sistemi. Maksimal rahatlığın təmin edilməsi üçün avtomobil aktiv səs boğucu sistem və adaptiv asqı ilə təchiz ediləcək. Aktiv kruiz-kontrol, görünməyən zonaların monitorinqi, hərəkət zolağına nəzarət, üzbəüz toqquşmadan xəbərdarlıq və avtomatik tormozlama sistemləri sedanın idarə edilməsini yüngülləşdirəcək.
Milli.Az