Bahalı olacaq Cadillac - FOTO

16 Yanvar 2014 22:54
Detroyt beynəlxalq motorşousunda Cadillac şirkəti onun üçün yeni olan kupe kuzovunda ATS yığcam modelini nümayiş etdirib. Avtomobil açıq-aydın daha bahalı premial sinifə keçməyə çalışır və bunun üçün onda güclü mühərriklər, bahalı tərtibat və zəngin baza komplektasiyası daxil olmaqla lazım olan hər şey var. Lüks yığcam avtomobillər seqmentinin alman və yapon liderlərindən geri qalmamağa çalışaraq Cadillac öz məhsulunu qabaqcıl elektron köməkçilərlə və innovasiya təhlükəsizlik sistemləriylə təchiz edib. Cadillac ATS Coupe satışlarının cari ilin yayında başlanması planlaşdırılıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, kupe üçün sedanın sırasından yalnız ən güclü mühərriklər götürüləcək - bu 275 at güclü 2,0 litrlik dörd silindrli turboaqreqat və 325 at güclü 3,6 litrlik V6 mühərrikdir. Əlavə ödəmə ilə həmçinin tam ötürmə sistemi, idman şinləri və yüksəldilmiş sürtünmə diferensialı da daxil olmaqla Magnetic Ride adaptiv asqısını sifariş etmək olar. Artıq bazada avtomobil güclü Brembo əyləcləri ilə təchiz edilib.

Premium-seqmentin normalarına uyğun olaraq Cadillac ATS Coupe salonu dəriylə üzlənib və təbii ağacdan və alüminiumdan yerləşdirmələrlə bəzədilib. Bundan başqa alıcılara karbon aksessuarlar təklif ediləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.