Azərbaycanlı müğənni: "Ağlımı itirməmişəm ki, qazandığımı Maşaya, Jasminə xərcləyəm"

16 Yanvar 2014 11:29
Müğənni Nadir Qafarzadə rusiyalı ifaçılar Jasmin və Maşadan duet təklifi alıb

Milli.Az xəbər verir ki, bu haqda sənətçi axşam.az-ın əməkdaşı ilə söhbətində məlumat verib. O, duet ortaqlarına pul xərcləməmək üçün təklifdən imtina edib:

"Rusiyadan çox təkliflər alıram. Bu yaxınlarda Jasmin və aparıcı-müğənni Maşadan duet təklifi gəldi. Amma maddi tərəfi mənim boynuma yıxdılar. Mən ağlımı itirməmişəm, pulumu çöldən tapmamışam ki, zülmlə qazandığımı Maşaya, Jasminə xərcləyəm. Bu layihə mənə heç nə verməyəcək. Ortada pulum gedəcək. Onun üçün yüz mindən çox pul xərcləyəcəkdim. Bundan sonra nə etsəm, Azərbaycanda edəcəyəm. Çünki buradan kənarda biz heç kimə lazım deyilik".

Türkiyədəki mənzilini satan N. Qafarzadə yenidən qardaş ölkədə mənzil alacağını bildirib:

"O mənzili alanda demişdim ki, nə vaxtsa pul lazım olsa, satacağam. Evi aldığım qiymətdən baha satdım. İmkan olsa, bu il yenidən Türkiyədən mənzil alacağam".

Milli.Az