Əlvida, Windows XP...

15 Yanvar 2014 23:12

2014-cü il aprelin 8-də Microsoft şirkəti Windows XP əməliyyat sistemi üçün yeniləmələr çıxarmağı dayandıracaq, yəni bu gündən etibarən əməliyyat sisteminin dəstəklənməsi dayandırılacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, StatCounter xidmətinin məlumatlarına əsasən, hazırda fərdi kompüterlərin (FK) 18-nə bu əməliyyat sistemi quraşdırılıb. VMware şirkətində məhsul marketinqi üzrə baş menecer Harri Ouen əmin edir ki, bununla belə bu sistemlərin sahibləri daha yeni ƏS-nə keçməyə məcburdurlar.

Hazırda Windows XP istifadəçilərinin əksəriyyəti başqa ƏS-nə keçib-keçməməklə bağlı seçim edə bilərlər. Gələcəkdə seçim mümkün olmayacaq - VMware şirkətinin top-meneceri deyib.

Harri Ouen deyib ki, şirkətlərin əksəriyyəti Windows XP-dən istifadəyə ona görə üstünlük verir ki, onlar yalnız bu ƏS ilə uyğun olan köhnə proqram təminatı ilə işləyirlər.

Windows XP platformasının bazar payı tədricən azalır, lakin eniş tempi yüksək deyil və çətin ki yeni Windows 8 sistemini fəal surətdə irəli aparan Microsoft korporasiyasını razı salır. Windows 8 ƏS-nin bazar payı 7,54%-dir.

Milli.Az