Milli.Az 4charx.com-a istinadən bildirir ki, lüks sedanın kapotu altında 6,0-litrlik tvin-turbo V12 mühərriki yerləşdirilib. Bu mühərrik əvvəlki 5,5-litrlik 12-silindrlidən fərqli olaraq, daha güclü və daha qənaətlidir. 530 a.g. və maksimal fırlanma anı 830 Nm olan güc aqreqatı 4,6 saniyə ərzində avtomobilə 100 km/saat sürət qazandırır və bu sürəti maksimum saatda 250 km qədər artıra bilir. 7-pilləli avtomat ötürücü qutu və start-stop sistemi sayəsində mühərrik Avro-6 normalarına cavab verir və 100 kilometrdə 11,3 l orta məsrəfə malikdir.
Sedanın standart komplektasiyasında Magic Body Control adaptiv asqısı və sürücüyə əlavə kömək sistemləri paketi - Driving Assistance Plus nəzərdə tutulub. Paketə aktiv kruiz-kontrol, hərəkət zolağına nəzarət, ölü zonaların monitorinqi və piyadanın vurulmasını önləyən sistemlər daxildir.
Milli.Az