Milli istiqlal mücadiləsi tarixində özünəməxsus yer qazanmış görkəmli ictimai və siyasi xadim, Şərqdə ilk demokratik respublikanın yaradıcılarından biri, Azərbaycan Cümhuriyyətinin ilk heyəti-vükəla rəisi (Nazirlər Şurasının sədri) Fətəli xan Xoyski çətin, keşməkeşli, lakin şərəfli, mübarizələrlə zəngin bir ömür, bir tale yaşamışdır.Vətən və millət mənfəəti firqə mənfəətindən üstün durur... - Fətəli xan Xoyski