Bakıda ilk dəfə: zəncirvari bıçaqlanma - YENİLƏNİB - VİDEO
15 Yanvar 2014 19:00
Bakıda kütləvi davada xəsarət alanların 4 nəfəri reanimasiyaya yerləşdirilib
19:00
Bakıda gənclər arasında yaranan mübahisə sonda kütləvi davaya çevrilib. Yasamal rayonu Hüseyn Cavid parkı ərazisində qeydə alınan hadisə zamanı 5 nəfər, 21 yaşlı Toğrul Əhmədov, 27 yaşlı Elxan Əliyev, 23 yaşlı Şükür Əbülfəzli və 23 Rahib Tanrıverdiyev və şəxsiyyəti araşdırılan daha bir nəfər bıçaq xəsarətləri alıb.
Yaralıları dərhal 1 saylı xəstəxanaya çatdırıblar. Onlardan birinə ambulator yardım göstərilsə də, digər 4 nəfər xəsətxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkim Alim Məmmədov: "Bu xəstələrdən ikisinin əməliyyatı çox geniş həcmli oldu. Hazırda onlar öz müalicələrini reanimasiya şöbəsində davam etdirirlər. Vəziyyətləri ağır olaraq qalır. Lakin digər 2 xəstə artıq cərrahi şöbəyə köçürülüb. Müalicəsi cərrahi şöbədə davam etdirilir".
Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hələlik hadisənin dəqiq baş vermə səbəbləri istiqamətində istintaq araşdırmaları aparılır. Faktla bağlı isə hələ ki, saxlanılan yoxdur.
-------- 10:20
Bakının mərkəzində kütləvi davada qan gölü yaranıb. Yasamal rayonu ərazisində baş verən davada 4 nəfər bıçaqlanıb. Milli.Az xəbər verir ki, dünən saat 21 radələrində Hüseyn Cavid prospekti 31 ünvanında kütləvi dava olub.
Dava zamanı Toğrul Əhmədov, Elxan Əliyev sinəsindən, Şükür Əbülfəzli və Rahib Tanrıverdiyev isə qarın və budundan bıçaqlanıblar. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, dava elə yaralılar arasında baş verib. Onlar dava zamanı bir-birlərini bıçaqdan keçriblər.