Krallara layiq superlüks avtomobil - FOTO

15 Yanvar 2014 10:38
Britaniya kraliçası 2-ci Yelizavetanın qarajındakı avtomobillər arasında Land Rover Defender markalı avtomobil var.

Britaniyadakı bir tüninq şirkəti isə həmin maşını dəyişərək superlüks avtomobilə çevirib.


2,2 litr həcmində dizel mühərriklə təchiz edilmiş bu avtomobilin maksimal sürəti 160 km/saatdır.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, köhnə Land Rover Defender 80 min funt-sterlinqə başa gəlmiş rekonstruksiya, tüninq və təmirdən sonra superlüks avtomobilə çevrilib.


İndi o, Carisma Defender D1 adlanır.


Avtomobili Esseks qraflığındakı York şəhərində yerləşən Carisma Auto Design şirkəti hazırlayıb.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Fotolar: Daily Mail