Kriştianu Ronaldu təyyarədə bayram elədi - VİDEO
14 Yanvar 2014 21:29
Milli.Az Marca-ya istinadən bildirir ki, Sürixdə "Qızıl top" mərasimindən sonra Portuqaliya millisi və "Real Madrid"in ulduzu Kriştianu Ronaldu qızıl mükafatı almasını elə təyyarədəcə qeyd edib.
"Qızıl top" təyyarədə əl-əl dolaşıb, Ronaldunun anası Mariya Aveyru, oğlu kiçik Kriştianu Ronaldu, sevgilisi İrina Şeyk, bacısı, eləcə də klub yoldaşı Serxio Ramos və klub prezidenti Florentino Peres onunla şəkil çəkdiriblər. Bəzi fotoları isə balaca Kriştianu çəkib.
Milli.Az