Təhsil almaq üçün 4 dəfə evdən qaçan Ağdam sakini Günay Abdullayevanın arzuları çin olacaq. Belə ki, Almaniyada yaşayan məşhur şairəmiz, araşdırmaçı alim Nuridə Atəşi Günayı himayəsinə götürməyə hazırlaşır. Milli.Az xəbər verir ki, Almaniyadan interpress.az-a açıqlama verən Nuridə Atəşi deyib ki, Günayın təhsil alması və evlə təmin olunmasına yardımçı olacaq: "Günayın xəbərini eşidəndən rahat ola bilmirəm. Onun polis şöbəsindəki görüntülərini də ürək ağrısı ilə seyr etdim. Bu qızın həyatını dəyişmək, təhsil almaq üçün üsyan etməsini alqışlayıram. Mən də evdən qaçdım və həyatımı dəyişdim".Nuridə Atəşi: "Mən Günayın bütün problemlərini həll etməyə hazıram"