Xalq artisti: "Bu dünyanın ətəyindən elə yapışmışam ki, məni ondan heç kim qopara bilməz"

14 Yanvar 2014 19:04
Xalq artisti Flora Kərimova xəstəliyi ilə bağlı yayılan şayiələrə son qoyub
Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, ANS telekanalında yayımlanan "Adam içində" verilişinə telefonla bağlanan müğənni səhhətinin qaydasında olduğunu deyib:

"Gördüyünüz kimi, səhhətim yaxşıdır. Haqqımda yalandan xəbər yayırlar. Özləri bütün gün xəstəxanadan çıxmırlar, mənim haqqımda şayiə çıxarırlar. Allahın verdiyi candır, bunu kiminsə almağa və ya qarışmağa heç kimin qüdrəti çatmaz. Bu dünyanın ətəyindən elə yapışmışam ki, məni ondan heç kim qopara bilməz".

Milli.Az