Moskvada azərbaycanlı gənc tutuldu

14 Yanvar 2014 19:01
Moskvadakı mağazaların birindən pul ödəmə terminallarını oğurlayan qafqazlı tutulub.
Virtualaz.org saytı "Rosbalt"a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva şəhəri üzrə Baş İdarəsindən bildiriblər.

Xəbərə görə, yerli polisə 1 may küçəsindəki mağazaların birinə naməlum şəxsin gəldiyi və iki terminalı sökərək "VAZ" markalı şəxsi maşınına qoyub apardığı barədə məlumat daxil olub. Mağazaya dəyən ziyan yarım milyon rubl həcmində olub. Polis həmin maşının izinə düşərək onu hadisə yerindən bir qədər aralıda saxlayıb. Məlum olub ki, oğurluğu törədən şəxs 24 yaşlı bir işsizdir. Onun Azərbaycan vətəndaşı olduğu bildirilir. Oğurlanmış terminallar geri qaytarılıb. Bu əməli törətmiş şəxs isə həbs edilib.

Milli.Az