İsrail hərbçiləri Fələstin Baş nazirinin kortejini saxladılar

14 Yanvar 2014 18:43
İsrail hərbçiləri və Fələstin ərazilərində qeyri-qanuni məskunlaşan yəhudilər bu gün Fələstinin Baş naziri Rami Həmdullahın kortejini mühasirəyə alıblar.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Fələstin hökumətinin rəsmi nümayəndəsi Əhab Bseso bildirib ki, kortej İordan çayının qərb sahilində İsrail nəzarət-buraxılış məntəqəsində dayandırılıb.

Bu zaman İsrail hərbçiləri və Fələstin ərazilərində qeyri-qanuni məskunlaşanlar R.Həmdullahın mühafizəçisini maşından çıxmağa məcbur ediblər.

Ə.Bseso insidenti İsrailin Fələstin ərazilərində qeyri-qanuni məskunlaşan yəhudilərin Fələstin xalqına qarşı zorakılıq aksiyalarına "yaşıl işıq" yandırması kimi qiymətləndirib.

Milli.Az