Diasporla İş üzrə Dövlər Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyanın Bad Zalsuflen şəhərində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Almaniyanın Nordrhayn-Vestfalen federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil edilmiş anım mərasimində Hannover, Hamburq, Minden, Herford və Almaniya Federativ Respublikasının digər şəhərlərindən gəlmiş 120-dən çox həmyerlimiz, türk diasporunun nümayəndələri və alman qonaqları iştirak ediblər. Tədbir zamanı Qanlı Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilib.Almaniyada 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib


