Elektrik generatoru və su nasoslarını oğurlayan şəxs tutuldu

14 Yanvar 2014 18:16

Ağcabədidə fərdi evlərdən və mağazalardan elektrik generatoru və su nasosları oğurlayan şəxs yaxalanıb. Milli.Az El TV-yə istinadən xəbər verir ki, rayon sakini Elnur Mirzəyev mağazasından elektrik generatorunun oğurlanması barədə polisə məlumat verib.

Aparılan əməliyyat tədbirləri zamanı rayonun Cəfərbəyli kənd sakini, 1983-cü il təvəllüdlü Səxavət Allahverdi oğlu Ədilov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirilmə zamanı o, rayon ərazisində bir neçə fərdi evin həyətindən su nasosları oğurladığını da etiraf edib. Faktla bağlı cinayət işi açılıb.

Milli.Az