Futbolçu hakimi təhqir etdiyinə görə sərt cəzalandırıldı

14 Yanvar 2014 17:57
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Milli.Az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komitə üzvləri həvəkarlar arasında oyunlarda və futzal çempionatında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

8 yanvar 2014-cü il Həvəskarlar arasında "Adıgün" - "Cağırğan" matçının 90-cı dəqiqəsində "Adıgün" klubunun 10 nömrəli futbolçusu Xəlil Arifov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.

29 dekabr 2013-ci il Həvəskarlar arasında İOEUGİM - "Səhliyalı" matçının 61-ci dəqiqəsində İOEUGİM klubunun 10 nömrəli futbolçusu Tural Salmanzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
 

Oyunun 70-ci dəqiqəsində "Səhliyalı" klubunun 4 nömrəli futbolçusu Elşən Qasımov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb.

Oyunun 70-ci dəqiqəsində İOEUGİM klubunun 3 nömrəli futbolçusu Elmir Şiriyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb.
 

Matçın 90+3-cü dəqiqəsində "Səhliyalı" klubunun 44 nömrəli  futbolçusu Ramin Babayev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.

5 yanvar 2014-cü il Həvəskarlar arasında "Şəfəq" - "Gənclərbirliyi-2" matçının 19-cu dəqiqəsində "Gənclərbirliyi-2" klubunun 4 nömrəli futbolçusu Kamran İsgəndərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
 

Oyunun 44-cü dəqiqəsində "Şəfəq" klubunun 5 nömrəli futbolçusu Pərviz Nəzərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
 

5 yanvar 2014-cü il Həvəskarlar arasında "Ağcəbədi" - "Qəbələ-2" matçının 89-cu dəqiqəsində "Ağcəbədi" klubunun 6 nömrəli futbolçusu Şahin Rüstəmov aqressiv oyuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.

4 yanvar 2014-cü il Həvəskarlar arasında "Çağırğan" - "Boradigah" matçında "Boradigah" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 

4 yanvar 2014-cü il Həvəskarlar arasında "Səhliyalı" - "Sabir" matçında "Sabir" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

5 yanvar 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin "Xəzər İslands" - "Baku Flames -2" matçında "Xəzər İslands" klubunun 10 nömrəli futbolçusu Elvin Qəhrəmanlı rəqibini təhqir etdiyinə görə 3 oyunluq cəzalanıb.
 

"Baku Flames -2" klubunun 12 №-li futbolçusu Kamran Hacıyev rəqibə zərbə endirdiyinə görə 5 oyunluq cəzalanıb.

Milli.Az