Xərçəng olan xalq şairi: "Həkimlər qərar verəcək"
14 Yanvar 2014 16:12
"Yenidən İsrailə gəldim. Müalicəm qaldığı yerdən davam edir"
Bunu AzNews.az-a xalq şairi
Vaqif Səmədoğlu
bildirib.
Azərbaycana nə vaxt dönəcəyini deməkdə çətinlik çəkən şair buna həkimlərin qərar verəcəyini söyləyib:
"Hələ buradayam. Bilmirəm nə vaxt qayıdacam. Buna həkimlər qərar verəcək. Həm də bu, müalicənin necə nəticə verəcəyindən asılıdır".
Xatırladaq ki, Vaqif Səmədoğlu xərçəng xəstəliyindən əziyyət çəkir.
Milli.Az