Orxan Zeynalova görə bağlanan meyvə-tərəvəz bazası yenidən açılır? - YENİLƏNİB

14 Yanvar 2014 17:26

17:26

Moskva şəhər Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk Qərbi Biryulevo rayonundakı Pokrov meyvə-tərəvəz bazasının fəaliyyətinin bərpa olunduğu haqda xəbəri təkzib edib.


APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, A.Nemeryuk bazanın bağlı olaraq qaldığını söyləyib. O, şəhər hökumətinin bazanı satın alıb-almayacağı haqda sualı belə cavablandırıb: "Yox, biz ondan başqa cür istifadə edəcəyik".
 

Pokrov bazasının fəxri prezidenti Maqomed Tolboyev də bazanın açılacağı haqda hər hansı informasiyaya malik olmadığını bildirib.


--------
16:05

Moskva şəhərinin Qərbi Biryulevo rayonunda 3 ay əvvəl fəaliyyəti dayandırılmış meyvə-tərəvəz bazası yenidən fəaliyyətə başlayır

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ticarət obyektinin yanvarın 15-dən fəaliyyətə başlayacağı gözlənilir.

Xatırladaq ki, oktyabrın 13-də Qərbi Biryulevo sakini Yeqor Şerbakovun öldürülməsindən sonra rayon ərazisində kütləvi qarşıdurma yaranıb və meyvə-tərəvəz bazası dağıdılıb. Məhkəmə bazanın fəaliyyətini 90 gün müddətinə dayandırıb.

Milli.Az