"Eurovision" iştirakçılarımız bir layihədə birləşəcək

14 Yanvar 2014 15:21

Azərbaycanı "Eurovision" müsabiqəsində təmsil edən bəzi iştirakçılar bir layihədə birləşəcək

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, layihəni bəstəkar Gövhər Həsənzadə reallaşdıracaq.

Bu haqda "Xəzər" telekanalında yayımlanan "Bizim gün" verilişinə qonaq olan G.Həsənzadə məlumat verib. O, layihənin böyük müzikl olduğunu bildirib:

"Türkvision" bu yaxınlarda baş tutan ən maraqlı və böyük yarışma idi. Bütün keyfiyyətləri ilə diqqət çəkdi. Ən əsası isə orada sms-ə yox, münsif rəyinə önəm verildi. Artıq "Eurovision" müsabiqəsinə maraq itib, çox ölkə yarışmadan imtina edib. Bu il bizi "Türkvision"da dəstəkləməyə gələn bütün "Eurovision" iştirakçılarımızı bir araya gətirəcəyəm. Böyük müzikl hazırlayıram. Orada Samir Cavadzadə, Eldar Qasımov, Nigar Camal, Fərid Məmmədov və Fərid Həsənov yer alacaq. Bir az texniki məsələlərə görə gecikir. Yaxın günlərdə təqdim edəcəyik".

Milli.Az