Qızının adını internet seçir

14 Yanvar 2014 15:27
Kanada sakini Stiven Maklaflin dünyaya gələcək qızına ad seçmək üçün sayt yaradıb.


Milli.Az The Daily Telegraph-a istinadən bildirir ki, saytda Stivlə xanımının doğulacaq övladı üçün hər kəs bir ad seçərək səs verə bilər.


Səsvermə Namemydaughter.com saytında keçirilir.


"Həkimlərin dediklərinə görə, aprelin 2-də dünyaya gələcək qızımızın adı ilə bağlı son qərar bizə məxsusdur. İş ondadır ki, bu saytda qızımıza təhqiramiz və ya gülməli ad seçilə bilər", - Stiv bildirib.


Səsvermədə hələlik "All Spark McLaughlin" adı liderdir.

Milli.Az