Yunus Oğuzun romanı Almatıda ən çox satılan kitablardan oldu
14 Yanvar 2014 14:28
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Əmir Teymur. Zirvəyə doğru. Əmir Teymur. Dünyanın hakimi" II cildliyi bestseller kitablardan olub.
Milli.Az "Olaylar"a istinadən xəbər verir ki, adı keçən kitab Qazaxıstanın Almatı şəhərinin böyük kitab mağazası "Kitab şəhəri"ndə ən çox satılan kitablar arasında yer alıb.
Milli.Az