Samsung ekranları böyüdür

14 Yanvar 2014 20:15
Ötən il 46 düym ekranlı televizor modellərinin populyar olmasına baxmayaraq Cənubi Koreyanın Samsung şirkəti və digər istehsalçılar diaqonalı bir qədər böyüdülmüş maye-kristal panellərdən (LCD) istifadəyə keçir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildən etibarən Samsung 46 düym diaqonallı ekranlara malik televizorları 48 düymlü ekranlarla əvəzləyəcək. Bununla yanaşı, Yaponiyanın Sony şirkəti artıq 48 düymlü maye-kristal televizor modellərini nümayiş etdirib, digər Cənubi Koreya istehsalçısı LG şirkəti 47 düymlü televizorların buraxılışına keçib. Oxşar planları Tayvan və Çinin maye-kristal panel istehsalçıları da səsləndirib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq deyə bilərik ki, tezliklə 46 düymlü televizorlar satışdan çıxarılacaq.

Milli.Az