Milli.Az Auto.az-a istinadən bildirir ki, yeniliyi motorşouda dərhal tanımaq mümkün olacaq. Onun "Kia"ya aid olduğunu firmanın falşradiator barmaqlığı bildirəcək. Bundan başqa, konsepti baş işığının vertikal işıqdiodlu fənərləri, qabaq bamperdə yerləşən karbon splitter və 20 düymlük təkər diskləri ilə təchiz ediblər. Avtomobil istehsalçısı bildirdi ki, kupeyə idman üslubunda olan aşağı profilli Pirelli P-Zero şinləri "geyindirəcəklər". Asılqana gəldikdə isə, bildirilir ki, o - həm qabaq, həm də arxa oxda müstəqil, idman üslubunda və ikiqollu olacaq. Əyləc kimi istehsalçı çarpaz perforasiyası olan yığma diskləri və dördporşenli supportları olan Brembo Gran Tourismo-nu seçib.
"Kia GT4 Stinger"-in seriya avtomobili olma ehtimalı var. Bu halda o "Hyundai Genesis Coupe"-nin platformasını götürəcək. Yeniliyin təqdimat mərasimi bu yaxınlarda keçiriləcək - avtomobili bazar ertəsi, yanvarin 13-də Detroytda göstərəcəklər.
Milli.Az

