İlin avtomobilləri seçildi

14 Yanvar 2014 17:02
Chevrolet markasının iki modeli "Şimali Amerikada ilin minik və yolsuzluq avtomobilləri" müsabiqəsinin qalibi oldu. Bunlar Corvette Stingray superkarı və artıq 2007-ci ildə analoji ada layiq görülmüş Silverado pikapıdır. Corvette sonuncu dəfə 1998-ci ildə müsabiqədə qalib gəlmişdi.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, əvvəlcə ən yaxşı maşın adı üçün 29 minik və 19 yolsuzluq avtomobili mübarizə aparırdılar. Sonra onların miqdarı kateqoriyalardan hər birində 12 maşına qədər azaldı və finala cəmi altı model çatdı.

Chevrolet Corvette 461 at gücü olan 6,2-litrlik, Chevrolet Silverado pikapı isə 355 at gücü olan 5,3-litrlik V8 mühərriklə təchiz edilir.

2013-cü ildə "Şimali Amerikada ilin minik və yolsuzluq avtomobilləri" müsabiqəsinin qalibləri Cadillac ATS sedanı və Ram 1500 pikapı seçilmişdi.

Milli.Az