Arxa ötürməli Kia GT4 Stinger - FOTO
14 Yanvar 2014 20:38
Kia şirkəti Detroyt motorşousuna arxa ötürməli konseptual kupe - GT4 Stinger gətirib. Prototip dörd silindrli benzin mühərriki, arxa ötürmə, 2+2 kürsü yerləşməsi, şəffaf seksiyalı ön kuzov dayaqları, işıq diod işıq texnikası, qabaq bamperdə karbon splitter və 20 düymlük Pirelli P Zero şinləriylə təkər diskləri əldə edib. Milli.Az 4charx.com-a istinadən bildirir ki, prototipi altı pilləli mexaniki ötürmə qutusu ilə cütlükdə işləyən 315 at güclü iki litrlik T-GDI turbo mühərrik hərəkətə gətirir.
Bundan başqa, konseptual kupeni dörd porşenli Brembo əyləc mexanizmi ilə təchiz ediblər.
İlkin məlumatlara görə arxa ötürməli Kia kupesi 2016 və ya 2017-ci ildə bazara çıxa bilər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




