Milli.Az 4charx.com-a istinadən bildirir ki, FT-1 dizaynerlərinin sözlərinə görə prototipi işləyərkən onlar 2000GT, Celica, Supra, MR2 və GT86 kimi avtomobillərdən ilhamlanıblar. Bundan başqa maşının xarici görünüşünə FT-HS və Lexus LF-LC konseptləri də təsiri göstərib.
Analoji avtomobilin seriya istehsalı imkanları haqqında hələ heç nə deyilmir. Daha əvvəl bildirilirdi ki, bu maşın Supra modelinin varisi kimi buraxıla bilər. Güman edilir ki, onu hibrid güc qurğusuyla təchiz edəcəklər.
Milli.Az








