Məhbəsdəki yazıçının romanı ədəbiyyat mükafatı aldı
14 Yanvar 2014 14:14
Qətl törətdiyinə görə ağır rejimli həbsxanada cəza çəkən 44 yaşlı Amerika sakini Allarik Hant məhbəsdə yazdığı "Cuts Through Bone" kitabına görə ədəbiyyat mükafatına layiq görülüb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, detektiv janrında olan bu romanda hadisələr Nyu-Yorkda cərəyan edir.
Maraqlı odur ki, gənc yaşlarından məhbəsdə olan yazıçı heç vaxt Nyu-York şəhərində olmayıb. O, şəhəri yalnız köhnə şəkillərdən və seriallardan tanıyır.
Milli.Az