Bakıda 34 adam "piyada" qalıb
14 Yanvar 2014 13:38
2013-cü il ərzində Bakı şəhəri üzrə 154 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması faktı qeydə alınıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, görülən əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan 120-si tapılaraq sahibinə qaytarılıb, 34 avtomobilin axtarışı isə hələ də davam etdirilir.
Bölmə rəisi, həmçinin qeyd edib ki, hesabat ilində yol polisi əməkdaşları tərəfindən axtarışda olan 7 cinayətkar tutulub, 2 fakt üzrə isə narkotik maddə aşkar edilib.
Milli.Az