Fələstinin baş nazirini İsrail polisi saxladı

14 Yanvar 2014 14:03
İsrail polisi Fələstin muxtariyyətinin baş naziri Rami Hamdallanı saxlayıb. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb Rami Hamdallanın da olduğu maşının Ramallah şəhəri yaxınlığındakı 60-cı şossedə sürət həddini aşması olub.

Hadisə yerinə İsrail ordusunun nümayəndələri də gəliblər. Həmin yolda hərəkət məhdudlaşıb.

Milli.Az