"Əvvəllər ikinci tip şəkərli diabet 40 yaşından sonra tapılırdısa, indi 30 yaşlı insanda da onun əlamətlərinə rast gəlinir". Həkim qohumlardan birilə etdiyimiz söhbətdən sonra bu araşdırmanı aparmaq qərarına gəldim. Axı necə ola bilər ki, 30 yaşında gənc bir insan ikinci tip şəkərli diabetə tutulsun? Həkim müsahibəyə razılaşmasa da, onunla söhbət əsnasında bu suala da cavab alıram: "Görünür, bu, insanlarımızın daha stresli həyat tərzindən, müharibə faktorundan asılı olan məsələdir. Bu xəstəliyə düzgün qidalanmama, eləcə də oturaq həyat tərzi keçirilməsi də səbəb olur. Şəkər genetik olaraq da keçir, lakin bu tip çox az faiz təşkil edir". Həkimlə söhbət əsnasında o da aydın olur ki, müharibə illərində döyüşən, qaçqınçılıq həyatı yaşayan insanlarımızın əksəriyyətində indi şəkər xəstəliyi yaranıb: "Bu da onların keçirdiyi qorxu və həyəcandan irəli gəlir".Diabet xəstələri niyə artır?