Müsavatla AXCP-nin bir-birini yıxıb sürüməsi tam sürətilə davam edir. Biz tərəflərdə bir söz var-görkəzmə. Özlərinə müxalifət deyən bu görkəzmələr hər şeydə "ayrı aləmdirlər". Bunu son proseslərdə də sübut edirlər. Hakimiyyətə satılmaqda ittiham etmə, həyatda olmayan şəxsin adından danışma, təhqirlər və s. bu didişmə prosesinin ayrılmaz parçalarıdır. Hər biri də əlində faktlarının, şahidlərinin olduğunu iddia edir. Qüvvələrini virtual məkanda bir-birini alçaltmağa səfərbər edənlərin, söz savaşına çıxanların bu yoldan qısa zamanda geri dönəcəkləri inandırıcı görünmür. Qarşılıqlı ittihamların, ağır cavabların cüzi hissəsini oxumayanlara təqdim edirik.Tərəflər bir-birini ağır sözlərlə ittiham edir, yeni savaşın anonsunu verirlər